Dünyaların kəsişməsi
24 Oct 19 > 26 Oct 19
Oktyabrın 24-dən 26-dək Müasir İncəsənət Muzeyində
“Görüş yeri: Bakı-2020” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
Oktyabrın 24-dən 26-dək Müasir İncəsənət Muzeyində “Görüş yeri: Bakı-2020” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Tanınmış mədəniyyət və incəsənət nümayəndələri: ədib və jurnalistlər, musiqiçi və vokalistlər, rəssam və heykəltəraşlar, kinematoqrafçılar və teatr xadimləri, dizayner və memarlar, bir sözlə, təcrübəsi və yaradıcı layihələri ilə müasir dünyada mədəni əlaqələrin və inteqrasiya proseslərinin genişləndirilməsinə və inkişafına dəstək olan hər kəs festivala dəvət olunur.
Festivalın fəxri iştirakçıları: Bulat Mekebayev, Robert Xettix, Emil Əziz, Vüqar Məmmədov, Natalya Bajenova, Teymur Ağalıoğlu, Günel Ravilova və digərləri.
Festivalın əsas məqsədləri aşağıdakılardır:
- Müasir incəsənət, dekorativ-tətbiqi və dizayn sənəti, həmçinin, ədəbi sahədə, musiqi, teatr və kino yaradıcılığı sahələrində incəsənət xadimlərinə dəstək;
- Dünyanın müxtəlif dövlətləri və ölkələrində orijinal milli incəsənətin inkişafına dəstək;
- Mədəniyyət ustadlarının unikal yaradıcılıq nailiyyətlərinin üzə çıxarılması və postsovet, Avrasiya və dünya məkanında geniş ictimaiyyətin diqqətinin bu sahədə dünya xalqlarının yaxınlaşdırılmasına yönələn müsbət proseslərə cəlb edilməsi.
- Festival hər il ədəbi oxu, konsert, bədii sərgi, müəllif kinolarının nümayişi, həmçinin, ustad dərsləri, praktiki konfranslar, dairəvi masalar və, müasir incəsənətin ümumdünya mədəni inteqrasiya proseslərində rolu və onlara təsiri barədə diskussiya formatında keçirilir.
Məlumat:
Cari ilin mart ayının 11-i Bakıda Mədəniyyət Xadimlərinin Konfransı baş tutdu. Konfransda 2020-ci ildə Azərbaycanda Beynəlxalq İncəsənət Festivalının keçirilməsi barədə təklif səsləndirilmiş və dəstəklənmişdir. Gələcəkdə keçiriləcək festivalın çərçivəsində artıq bu il həm Azərbaycanda, həm digər ölkələrdə müxtəlif növ tədbirlər baş tutub.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 24.10. – 26.10.2019
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN