Exhibition

Həqiqət yollarında

17 Mar 19 > 17 Apr 19

Həqiqət yollarında

17 Mar 19 > 17 Apr 19

Qəyyur Yunusun  “Həqiqət yollarında” adlı yubiley sərgisi

17.03.2019

Azərbaycan Respublikasının Xalq rəssamı Qəyyur Yunus 26 mart 1948 –ci ildə Bakının Əmircan kəndində anadan olub.

O,1971 –ci ildə Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977 – ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir.

Onun rəsmə olan marağı uşaq yaşlarından formalaşmışdır. Yeniyetməlik dövrlərində tez – tez yaxın qohumu olan –  Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadənin emalatxanasına gedirdi.

Qəyyur Yunus yaradıcılığında konseptuallığı romantik meyllərlə birləşdirir. Sənətkar dərindən düşünür, məsəllər yazır, sələflərinin xatirəsini yad edir. İslam motivləri Yunusun yaradıcılığına nüfuz edir. Rəngkarlıq, qrafika əsərlərində və eskizlərində ayrı – ayrı təsvirlər islam dini rituallarını məsələn -  ibadət edən insanların, zəvvarların və sufilərin obrazlarını əks etdirir. Belə obrazlar əsasən xarici görünüş baxımından da seçilən – ay bənizli gözəllər, yaraşıqlı uşaqlar və nur üzlü yaşlılardır.

Sənətkar ağ mirvarilərin rəngindən xoşlanır. Həmin rəngdən bir çox mənaların çalarlarını əldə edir.

1972 –ci ildən başlayaraq, rəssam Respublika və Xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır.

Qəyyur Yunus ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İngiltərə, Norveç, Finlandiya,Danimarka, Hollandiya, Polşa, Suriya, Əlcəzair və İranda keçirilən sərgilərin iştirakçısıdır.

1998 və 2000 –ci illər - Moskva Beynəlxalq Bədii Salonun iştirakçısı;

2004 – cü il - ART Kavkaz Tbilisi;

2005 – ci il - Moskva Kremli “Azərbaycan Günləri” sərgisi;

2007 –ci il - Tehran İ.İ.R. Biennale;

2016 –cı il -  “Abşeron Ulduzları” – Azərbaycan rəssamlarının sərgisi,Moskva, Rusiya Federasiyası.

Qəyyurun rəsm əsərləri müxtəlif qalereya, muzey və şəxsi kolleksiyalarda saxlanılır: Dövlət Tretyakov Qalereyası – Moskva; Azərbaycan Dövlət İncəsənət Muzeyi – Bakı;  Xalqlar Dostluğu – Tbilisi;  İncəsənət Muzeyi – Pavlodar;  ART- Modern Qalereyası – Moskva;  Şərq Xalqları İncəsənəti Muzeyi – Moskva; Vostoçnaya Qalereya – Moskva;  İncəsənət Muzeyi – Komsomolsk – Amurda;  Loranjeri Qalereyası – San - Pol  de Vans, Fransa;  Berlin Etnografiya Muzeyi – Berlin; D. Rokfellerin şəxsi kolleksiyası -  Nyu-York.

1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

O, 1995 –ci ildə “Humay”  mükafatına layiq görülmüşdür.

2011 – ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tərəqqi medalı ilə təltif edilmişdir.

Qəyyur Yunusun yaradıcılığının başlıca kulminasiya nöqtəsi – qadın surətləri hesab olunur. Müəllif təsvir etdiyi qadın obrazlarının azərbaycanlı və ümumilikdə müsəlman qadını olduqlarını xüsusilə vurğulayır. Məhz qadın portretləri rəssama şöhrət gətirmişdir. Onun yaradıcılığında mənzərə janrlı müxtəlif əsərlər də yer alır. Kətan üzərində yağlı boya texnikası ilə çəkilmiş nurani qadın portretlərinin arxa fonunda fərqli mənalar ifadə edən armud, balıq, quş, gül, rəmzləri təsvir edilir.

Qəyyur Yunusun 70 illik yubileyinə həsr edilən “Həqiqət yollarında” adlı sərgidə 100-dən çox rəngkarlıq və qrafik əsərlər nümayiş olunacaq. Sərgidə təqdim edilən əsərlər rəssamın həyat və yaradıcılığının müxtəlif illərini əks etdirir.

Qəyyur – özünəməxsus canlı reallığı yaradan böyük ustad, dahi rəssamdır. 

 

Məkan: Müasir İncəsənət Muzeyi

Keçirilmə vaxtı:  17.03.2019

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN        

Tələbələr üçün : 2 AZN