Meraki
02 Nov 19 > 05 Nov 19
İstedadlı və kreativ dizayner Nərmin Sadıqovanın “Meraki” adlı sərgisi
02.11.-05.11.2019
Noyabrın 2-si Müasir İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı rəssam, Nərmin Sadıqovanın "Meraki" adlı fərdi sərgisi keçiriləcək.
Sadıqova Nərmin Nizami qızı 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Xarici Dillər Universitetini bitirmişdir. 2014-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmuşdur. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr dərəcəsini alır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Nərmin Sadıqova özünəməxsus üslubu, rolu və rəssamlıqda maraqlı kreativ ideyaları ilə seçilir. Rəssam daim yeniliklərin axtarışındadır. Hər bir əsər üzərində işləyərkən özünü, duyğusu və hisslərini kətanda əks etdirir, müvafiq boyaları əlavə edərkən isə sanki onları canlandırır. Sərginin adı ideyası da məhz buradan yaranmışdır. Meraki, özünüzü (ruhunuzu, yaradıcılığınızı və ya sevginizi) işinizdə əks etdirərkən, nəyin baş verdiyini təsvir etmək üçün müasir yunanlar tərəfindən tez-tez istifadə etdiyi bir sözdür.
Rəssam hesab edir ki, özünü inkişaf etdirmək üçün incəsənətlə maraqlanan həmkarlarından və dostlardan rəy almaq lazımdır. Belə bir sərginin keçirilməsinə məqsədlərindən biri ictimaiyyətin diqqətini bədii yaradıcılığa cəlb etməkdir.
2012-ci ildə "Four Seasons" otelində xeyriyyə xarakteri daşıyan rəssamın ilk fərdi sərgisi keçirilmişdir.
2013-cü ildə "Bakının işıqları" adlı rəsm müsabiqəsinin qalibidir.
Azərbaycanın digər rəssamları ilə birlikdə ölkəmizi xaricdə - İtaliyada, Latviyada, Dubayda, Türkiyədə təmsil etmişdir.
2016-cı ildə Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak etmişdir.
2017-ci ildə "1969" qalereyasında "Momentous"adlı növbəti uğurlu fərdi sərgisi keçirilmişdir.
Heydər Əliyev Fondu və Yarat Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif sərgilərin iştirakçısı olmuşdur.
2019-cu ildə Parisdə Luvr muzeyinin “karusel” adlı galereyada keçirilən sərgidə iştirak etmişdir.
Rəssamın iştirak etdiyi müxtəlif tədbirlərdə onun özünəməxsus yaradıcılığı və unikal kreativ üslubu həmişə diqqətləri cəlb edir.
Öz əsərlərində portretlərdən, mənzərələrdən, etüdlərdən və natürmortlardan geniş istifadə edir. Bütün əsərlər sevgi ilə yaradılmışdır.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 02.11.-05.11.2019
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN