Mistik dialoq
02 Jun 19 > 10 Jun 19
Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos D. Kanellosun “Mistik dialoq” adlı sərgisi
02.06. – 10.06.2019
2 İyun 2019 – cu il tarixində Müasir İncəsənət Muzeyində Yunanıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolaos D.Kanellosun sayca 21 ci sərgisi keçiriləcək. Müasir İncəsənət Muzeyi ilk dəfə olaraq, rəssam olan Yunanıstan səfirinin əsərlərini nümayiş etdirəcək.
Sərginin xüsusi qonağı Nikolaos D.Kanellosun köhnə dostu, tanınmış sima, böyük incəsənət bilicisi, Yunanıstan Milli Qalereyasının direktoru – Marina Lambraki Plaka olacaq. Ekspozisiyada cənab Səfirin son 25 əsəri təqdim ediləcək. Sərgi 10 iyun 2019 – cu il tarixinə qədər davam edəcək.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 02.06.-10.06.2019
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN