Exhibition

Mənim ürəyim Moldova

11 Apr 19 > 11 Apr 19

Mənim ürəyim Moldova

11 Apr 19 > 11 Apr 19

Moldovalı rəssam Antonina və Vitaliy Qrishukların “Mənim ürəyim Moldova” adlı sərgisi

10.04.2019

İki Moldovalı rəssam Antonina və Vitaliy Qrishyukların  “Mənim ürəyim Moldova”adlı sərgisi müxtəlif texniki üsullarla işlənmiş 50-dən çox rəsm əsərlərini əhatə edir: kətan üzərində yağlı boya, akvarel, qələm və mürəkkəb, kağız üzərində oyma olmaqla, rəsmlərin əsas motivləri Moldovanın kəndləri və Qədim Kişinyovun arxitekturası, eləcə də Moldova xalqı, böyüklər və uşaqların təsviridir.

Hər ikisi azad sənətçilərdir. Moldova Respublikasının və Rumıniyanın nüfuzlu incəsənət institutlarının məzunudurlar.

Rəssamlar Moldovanı nağıllardan bir ölkə olaraq görür və öz əsərlərində gözəl mənzərələr, hamar su ilə canlı çaylar, qədim meşələr, işıq və rənglərin xüsusi cazibəsini əks etdirirlər.İnsan möcüzələrə valeh olduqca, ilhamlanır.

Yeddi təpədə mənzərəli yerdə yerləşən Qədim Kişinyov həm qonaqlarını, həm də sakinlərini təəccübləndirir, sənətçilər isə şəhərin qədim hissəsinə sadiqdirlər. Onlar günün və mövsümün müxtəlif dövrlərində yeni rəsmlər yaratmaqla, memarlığını əbədiləşdirməyə çalışırlar.

Antonina və Vitaliy Qrishyuklar 25 il ərzində incəsənət sərgilərində iştirak edir və fərdi sərgilərini təşkil edirlər. Onların rəsm əsərləri Moldova, Rumıniya, Rusiya, İsrail, İspaniya, Lüksemburq, Belçika, Almaniya, Yaponiya, Fransa kimi çoxsaylı ölkələrdə nümayiş etdirilib və Moldova, Rumıniya, Rusiya, İsrail, İspaniya, Polşa, Çexiya, Norveç, Ukrayna, ABŞ, Vyetnam, İsveçrə və s. kimi müxtəlif ölkələrdə dövlət və şəxsi kolleksiyalara daxil edilmişdir.

Son illərdə rəssamlar əsasən Moldovada və ölkənin xaricində təşkil olunan fərdi və qrup sərgilərində iştirak edirlər. Ən son sərgiləri İsrailin Tel-Əviv şəhərində; İspaniyanın Madrid şəhərində; Kişinyov və Fransa Alyansının tədbirlər çərçivəsində Moldova Respublikasında keçirilmişdir.

 Onların sərgilərinin əsas mövzuları, adətən, Moldova Respublikası, xalqı, mənzərələri və Kişinyov şəhərinin memarlığına həsr edilir.

Məkan: Müasir İncəsənət Muzeyi 

Keçirilmə vaxtı:  10.04.2019  

10 aprel – giriş dəvətnamə ilə

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN        

Tələbələr üçün : 2 AZN