Sarah Knill Jones
11 Mar 15 > 01 Apr 15
Sara Nill-Cons 1969-cu ildə Böyük Britaniyada, Londonda dünyaya gəlmişdir. O, Şotlandiyada, Qlazqo şəhərində Rəssamlıq Kollecində təhsil almışdır. Bundan sonra Londonda İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 2010 -cu ildə Kambervell İncəsənət Kollecində magistr dərəcəsi almışdır.
“Qeyb olan qadın” layihəsinin məqsədi – Azərbaycanda müvəqqəti yaşayan xarici qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqqında təsəvvürü müəyyən etməkdən ibarətdir. Haqqında danışılan mövzularda daha çox yolunu, məqsədini itirmək, yadlaşmaq kimi hisslər öz əksini tapmışdır. Bəzən bu hisslər özünə qapanmağa və özünü aciz hiss etməyə səbəb olur. Lakin bütün bunlarla yanaşı mövzularda pozitiv hisslər də yer alır. Sərbəst, məhdudiyyətlərdən kənar yaşam tərzi, özünü əhatə edən ətraf aləmə qarşı maraq və ümumiyyətlə yerli qadınlarla xarici qadınlar arasında olan fərqə belə yüksək səviyyədə xoş yanaşma xüsusilə nəzərə çarpır.
İştirakçı qadınlar layihəyə qatılmağa könüllü şəkildə razılıq vermişdirlər. İştirakçılar yaş, ailə vəziyyəti, işləyib-işləməyib diapozunu çərçivəsində seçilmişdilər. Sorğu 6 ay ərzində, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin fevral ayına kimi davam etmişdir.
Sara Nill-Consun əsərləri Britaniya, Norveç, Fransa, Anqola, Koreya və Türkiyədə dünyaca məşhur qalereyalarda, fərdi və qrup sərgilərində nümayiş etdirilmişdir. Son dövrlərdə isə yaşadığı və işlədiyi Azərbaycanda yaradıcılıq fəaliyyətini davam etdirir.