Exhibition

Танцор в Баку

01 Jun 15 > 01 Jul 15

Танцор в Баку

01 Jun 15 > 01 Jul 15

Simon Gera Roma mənşəli memar və fotoqrafdır. Fotoqrafın “Bakıda rəqqas” sərgisi son 6 ildə davam edən geniş foto layihənin bir hissəsidir. Foto layihə çərçivəsində fotoqrafın əsərləri  Avropada və Avropadan kənarda nümayiş etdirilir.                                                                

 Bu layihənin ideyası 2008 – ci ildə təsadüf nəticəsində yaranmışdır. Fotoqrafiya kursunun iştirakçısı olan zaman, studiya dərslərində Simonun bəzi rəqqasları müşahidə etmək və onların obrazlarını təsvir etmək imkanı olmuşdur. Mövzu onu olduqca heyran etmişdir və o, ilk növbədə mövzu üzərində diqqətini cəmləşdirmək qərarına gəlmişdir. Sonradan o, hazırladığı bədii quruluşu intuitiv şəkildə seçdiyi açıq məkana köçürmüşdür. Onun məqsədi - rəqsin bəşəri dili ilə “mükəmməl məkanın” arxitektur quruluşunu və əraziyə məxsus özəlliyi vəhdətdə ifadə etməkdən ibarət idi. Simonun çəkdiyi şəkillər üfüqlərin, qravitasiyanın, nəzər nöqtəsinin və rəqqasların sərbəst, tamamilə ixtiyari hərəkətlərinin olduğu məkanı göstərir.  “Bakıda rəqqas” adlı sərgi Müasir İncəsənət Muzeyində nümayiş etdiriləcək. Obrazların bir hissəsi Bakıda canlandırılmışdır. Şəhərin müxtəlif səciyyəvi məkanlarında çəkilən şəkillər Heydər Əliyev Mərkəzi və İçəri Şəhər də daxil olmaqla Bakının həm qədim, həm də müasir hissələrini əks etdirir. Görülən işin əsas hissəsi Azərbaycan Dövlət Rəqs Ansamblının, həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının rəqqasları ilə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir.

Layihə haqqında

Mənim şəxsi işimi əks etdirən bu layihədə 2008 - ci ildən etibarən müxtəlif ölkə, şirkət və akademiya rəqqaslarının məşq və dərslər zamanı, səhnə arxasında, tarixi və memarlıq üsluba əsaslanan açıq məkanlarda canlandırdıqları obraz yer almışdır. Mən Roma əsilli memaram (1959 – cu ildə dünyaya gəlmişəm). Atamın davamçısı kimi fotoqrafiya ilə kiçik yaşlarımdan maraqlanıram. Sonralar tez-tez müxtəlif ölkələrə səyahətlərim zamanı öz fotolarımı çəkirdim. Zirzəmidə yerləşən kiçik, qaranlıq otağımda fotoların üzərində işləyirdim. Məhz o zamanlardan ağ vərəqlərin üzərində sehirli şəkildə təsvirlərin təzahür etməsi anı məni heyrətə gətirirdi. Sonradan mən rəqəmsal dünyanı öyrənərək və bu sahədə öz texniki bacarıqlarımı inkişaf etdirərək yenidən fotoqrafiya sənəti ilə məşğul olmağa başladım. Bununla da ilk növbədə diqqətimi işıqlandırmanın istifadə olunması üzərində cəmləşdirmişdim. Mən belə hesab edirəm ki,  işıqlandırmanın tənzimlənməsi fotoqrafiya sənətinin ən yaradıcı sahələrindən biridir. Roma şəhərində yerləşən Roma Fotoqrafiya Məktəbində (Scuola Romana Fotografia) iştirak etdiyim kursun bu baxımdan çox böyük köməyi olmuşdur. Məhz bu səbəbdən irəli gələrək öz işimi rəqs aləmi mövzusunu əsas götürməklə inkişaf etdirmişəm. Bu mövzu həmişə məni özünə cəlb etmişdir. Nəhayət indi öz işlərimi rəqslə maraqlanan hər kəslə paylaşmaq üçün bu mövzuya həsr olunmuş internet səhifəsi yaratmaq qərarına gəldim. Baxmayaraq ki, hərəkət rəqsin mahiyyəti hesab olunur, mən elə düşünürəm ki, çəkdiyim şəkillərdə rəqqasın hərəkəti zamanı yaranan görüntüdə “statik” bucaqlar və xətlər daha çox maraqlıdır. Mən fikrimcə həmin görüntülər memarlıq elementlərinə və xətlərinə bənzəyir. Həmçinin mən yalnız ümumi fona deyil, əsas mövzuya da aid olan qrafik və perspektiv elementlərə də diqqət yetirirəm. Mən diqqətimi cəmləşdirmişdim ki, rəqqasa - gərgin iş prosesində zəhmət təri tökən, yorğunluqdan gözlərinin ifadəsi tükənmiş, məşqlər və istirahət anında müxtəlif xətlərdən və elementlərdən istifadə edən “şəxs” kimi yaxın olmağa çalışım. Bir sözlə rəqqasların gündəlik məşqləri onların səhnə çıxışlarından daha çox mənim diqqətimi cəlb edir. Adətən mən öz obrazlarımın mövqeyini çıxışın mərkəzində yox, məhz kənar sahədə təyin edirəm. Bununla da  arxa planın mücərrəd olmasına baxmayaraq, ona daha böyük əhəmiyyət verirəm. Həmçinin mən intuitiv olaraq subyektləri əyri xətt üzrə müəyyənləşdirirdim, çünki bu üsul səhnəyə baxmaq üçün daha geniş imkanlar yaradırdı. Bununla yanaşı mövzunun memarlıqla vəhdətdə olan kompozisiya aspekti də var. Kompozisiya aspekti rəqqası struktur və memarlıq məzmunu (pilləkənlər, binalar, strukturlar, tərk edilmiş məkanlar və.s) ilə uyğunluğa yönləndirir. Bu, ziddiyyət və uyğunluğun elementlərini eyni anda əks etdirir və məkanın mənzərə özəlliyinə uyğunlaşdırılır. Kompozisiya aspektinin alətlərindən biri çox istifadə olunan geniş bucaqlı linzalardır. Geniş bucaqlı linzalar vasitəsilə bəzən bucaqların meylli olması və vizual istiqamətin itirilməsi üçün əlləri, ayaqları, memarlıq elementlərini vurğulamaqla obyektə və fona güclü deformasiya effekti verilir. Rəqs anında üfüqi və şaqüli xətlərin bulanıqlığı və üfüqlər tamamilə intuitiv şəkildə tələblərə uyğun dövr edirlər. Mənim çəkdiyim fotolarda meydana gələn məqamlardan biri intuitiv kompozisiya elementidir. Yəni fotoların şaquli və ya üfüqi rakursda olması rəqsin texniki biliklərinin tələbinə əsasən deyil,  şəkillərə baxan şəxsin subyektiv yanaşmasından asılıdır. Baxmayaraq ki, rəqs və onun tarixi haqqında biliklərə sahib deyiləm, qeyd etməliyəm ki, intuitiv kompozisiya elementi - rəqs zamanı formalaşan xətləri  aydınlaşdırmağımda mühüm rol oynamışdır. Mən Avropa şəhərlərində (əsasən Madrid, London, Roma, Berlin, Paris, Florensiya, Praqa, Vyana və.s), Amerika Birləşmiş Ştatlarında (Nyu York, Olbani), Rusiya Federasiyası (Moskva, Sankt Peterburq) və Azərbaycanda (Bakı) rəqqasların fotolarını çəkmişəm. Ümumilikdə bu mövzuya maraq göstərən, əsasən də  rəqs aləminə yaxın olan Rusiya icması ilə foto layihə arasında əlaqəni xüsusilə vurğulamaq lazımdır. Qeyd etmək istərdim ki, “Londonda Rəqqas sərgisi” Londonda Rusiya mərkəzində keçirilən ilk qeyri-rus və qeyri-ingilis mənşəli rəssamın sərgisi olmuşdur. Eynilə 2012-ci ilin Mart ayında “Rəqqas” sərgisi Romada Rusiya Mədəniyyət İnstitutunda keçirilən ilk qeyri-rus mənşəli rəssamın sərgisi kimi qeyd edilmişdir. Tədbir beynəlxalq layihə səviyyəsində Rusiya ilə xüsusi əməkdaşlıq əlaqələri sayəsində keçirilmişdir.

Bu layihəyə bir sıra İctimai İnstitutlar -  Londonda, Berlində, Sankt Peterburqda, və Vyanada yerləşən İtaliya Mədəniyyət İnstitutları, Mediscena Europa, Miras və Mədəniyyət Fəaliyyətləri Nazirliyi (Ministeri per i Beni e le Attivita Culturali), Milli Rəqs Akademiyası (Accademia Nazionale di Danza), Berlin Dövlət Balet Məktəbi (Staatlische Balletschule Berlin), Roma Memarlıq Evi (Casa dell’Architettura di Roma), Berlin Mitte Əyaləti (Bezirksamt Mitte von Berlin) dəstək vermişdirlər.